Haitidə “Metyu” qasırğası 842 nəfərin həyatına son qoydu

Haitidə “Metyu” qasırğası 842 nəfərin həyatına son qoydu

Haiti adasında "Metyu" qasırğasının qurbanlarının sayı 842-nəfərə çatıb. Bu barədə xəbəri "Reuters" agentliyi yayıb. Son dəfə ölənlərin sayının 572 nəfər olduğu açıqlanmışdı. "Metyu" 2007-ci ildən bəri Atlantik okeanındakı ən şiddətli qasırğa sayılır. Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida və Cənubi Karolinada fövqəladə vəziyyət elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə