Rusiya Dövlət Duması ölkənin Hərbi Hava Qüvvələrinin Suriya ərazisində yerləşdirilməsinə dair Rusiya-Suriya hökumətlərarası sazişi təsdiqləyib. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, sənədin lehinə 446 deputat səs verib. Ratifikasiya olunmuş qanun layihəsinə əlavədə göstərilir ki, Suriya tərəfinin istəyi ilə aviaqruplar Latakiya vilayətindəki Hmeymim aerodromunda yerləşdirilir: "Suriya ərazisində olan Rusiya aviaqrupunun saxlanması regionda sülh və sabitliyi təmin etmək məqsədi daşıyır. Bu, hər hansı ölkəyə qarşı yönəldilməyib".
Oktyabrın 12-də sənəd Federasiya Şurasında müzakirəyə çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB