ABŞ prezidenti postuna Respublika Partiyasından namizəd Donald Tramp rəqibi – demokratların nümayəndəsi Hillari Klintonu iki faizlik punktla üstələyir. Bu göstərici "Rasmussen Reports" kompaniyasının namizədlərin teledebatlarından sonra apardığı ictimai rəy sorğusunun nəticəsində əksini tapıb.
Xarici KİV-lər xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən informasiyaya görə, respublikaçı Donald Tramp respondentlərin 43 faizinin, demokrat Hillari Klinton isə 41 faizinin dəstəyini qazanıb.
"Rasmussen Reports" kompaniyasının avqustun əvvəlində keçirdiyi analoji sorğunun nəticəsinə əsasən isə Tramp 41 faizə qarşı 39 səs toplayaraq xanım Klintondan geridə qalmışdı.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB