Rusiya prezidenti Vladimir Putinin bu gün 64 yaşı tamam olur. SİA-nın RİA Novosti-yə istinadən məlumatına görə, Putin öz ad gününü doğmaları, yaxınları və dostlarının iştirakı ilə qeyd edəcək.
Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, prezident həmçinin doğum günü münasibətilə zəngləri qəbul edəcək və dövlət başçıları ilə həmin zənglər zamanı bəzi məsələlər də müzakirə oluna bilər.
Peskovun sözlərinə görə, Putin ona doğum günündə verilən hədiyyələri prezident kitabxanasına göndərir, lakin dostların və yaxınlarının bəzi hədiyyələrini özündə saxlayır.
Qeyd edək ki, Rusiya prezidenti adətən ad günlərində işgüzar səfərlərdə olur. Ötən il o, müdafiə naziri Sergey Şoyqu ilə görüşüb və Soçidə xokkey oyununda iştirak etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB