"Bəlkə 2036-ci ildə bir az kənara çəkildim”

"Bəlkə 2036-ci ildə bir az kənara çəkildim”

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Federasiya Şurasına keçmək planları olmadığını bildirib və nə vaxt siyasi arenadan uzaqlaşacağını açıqlayıb. Axar.az TASS-a istinadən xəbər verir ki, Jirinovski siyasətdən gedəcəyi tarixi də açıqlayıb. "Məni heç kim heç yerə göndərməyəcək. Hələ 20 il işləyəcəyəm. Özümü buna hazır hiss edirəm. Bəlkə 2036-ci ildə bir az kənara çəkildim", - deyə o bildirib. Jirinovski həmçinin qeyd edib ki, Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov və Ədalətli Rusiya Partiyasının lideri Sergey Mironov "ictimai işlə" məşğul olmağa hazırdır. Xatırladaq ki, 25 aprel 1946-cı ildə Alma-Atıda anadan olan Jirinovskinin hazırda 70 yaşı var.

Bütün xəbərlər Facebook səhifəmizdə