Ərdoğanın qızının mühafizəçilərinin silahları oğurlanıb

Ərdoğanın qızının mühafizəçilərinin silahları oğurlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğanın mühafizəçilərinin silahları oğurlanıb. Axar.az xəbər verir ki, Qadın və Demokratiya Cəmiyyətinin sədr müavini Sümeyyə Ərdoğanın mühafizəçilərinin silahlarını oğurlayan 5 nəfər saxlanılıb. Ərdoğanın mühafizə dəstəsində yer alan polis məmuru avtomobilini İstanbulda Bakırköy səmtində saxlayıb. İçi silah dolu çanta da məhz avtomobildən oğurlanıb. Oğruların ələ keçirilməsi üçün 700 kamera görüntüsü 3 gün ərzində təhlil edilib və silah oğruları yaxalanıb. Mühafizə dəstəsində yer alan polis əməkdaşı barəsində də araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə