Oktyabrın 5-də BMT-nin Baş katibi postuna seçkilərin favoriti açıqlanıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin rəsmi səsvermənin oktyabrın 6-da keçiriləcəyini bildirib. O deyib ki, bu gün səsvermənin 6-cı raundundan sonra bir favorit var. O, Portuqaliyanın sabiq baş naziri Antoniu Quttereşdir. Formal səsvermə sabah səhər saat 10:00-da (Bakı vaxtilə 18:00-da) keçiriləcək. Seçki yarışının favoritinin elan olunması üçün jurnalistlərin qarşısına Təhlükəsizlik Şurasının 15 üzvünün hamısı çıxıb.




USD
EUR
GBP
RUB