Həsən Ruhani bu gün Vyetnama gedəcək

Həsən Ruhani bu gün Vyetnama gedəcək

İran prezidenti Həsən Ruhani Vyetnam prezidentinin dəvəti ilə oktyabrın 5-də Hanoya səfər edəcək. APA-nın Tehran bürosunun məlumatına görə, səfər zamanı iki ölkənin prezidentləri Həsən Ruhani və Çan Dai Quangın iştirakı ilə keçiriləcək geniş tərkibli görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə ediləcək. kigünlük səfər çərçivəsində İran və Vyetnam arasında bir neçə əməkdaşlıq sənədinin imzalanacağı gözlənilir. Prezident Ruhanini Vyetnama səfərdə İranın özəl sektorunu təmsil edən böyük nümayəndə heyəti müşayiət edir. Qeyd edək ki, Vyetnam prezidenti 14 mart 2016-cı ildə prezident Ruhaninin dəvəti ilə İranda səfərdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə