Quantanamo bazasından 700 nəfər təxliyə edilib

Quantanamo bazasından 700 nəfər təxliyə edilib

ABŞ-ın dövlət orqanları hərbi Quantanamo bazasından 700 nəfəri təxliyə edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqon təmsilçisi Cef Devis xəbər verib. Onun sözlərinə görə, "Metyu" qasırğası Kuba hərbi bazasından Quantanamo işçilərinin ailələrinin 700 üzvünü köçürməyə məcbur edib. Onlar 6 – dörd C-17 və iki C-130 hərbi-nəqliyyat təyyarələrində köçürülüblər. Qqeyd edək ki, Quantanamo bazasında 5,5 min amerikalı işçi və onların ailə üzvləri işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə