Almaniya ABŞ-a İran üzərindən sanksiyaların götürülməsi ilə bağlı öhdəliklərini xatırladacaq. Axar.az xəbər verir ki, bunu Tehran İqtisadiyyat Forumunda çıxışı zamanı Almaniya İqtisadiyyat naziri Ziqmar Qabriel söyləyib. Qeyd edək ki, Qabrielin İrana iki gün davam edəcək səfəri dünən başlayıb. Səfər zamanı 10 yeni sənədin imzalanması nəzərdə tutulur. İranla "Altılıq" ölkələri arasında Vyana sazişi 2015-ci ilin 14 iyulunda imzalanıb. Razılaşmaya əsasən, İran üzərindən ABŞ, BMT və Avropa Birliyi sanksiyaları götürülməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB