Rusiya ümid edir ki, Suriyada yeni müharibədən qaçmaq mümkün olacaq. Bunu "RİA Novosti" agentliyinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov söyləyib. Onun sözlərinə görə, ABŞ sülh yerinə Suriyaya yeni müharibə və yeni ağrılar gətirəcək. Qeyd edək ki, bundan öncə ABŞ və Rusiya Suriyada atəşkəslə bağlı razılıq əldə etsələr də, bu, iki gündən çox davam etməyib. Vaşinqtonun Suriya ordusuna zərbə endirməsi rəsmi Dəməşqin atəşkəsdən imtinasına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB