Rusiya zərurət yaranacağı təqdirdə Venesueladakı daxili siyasi situasiyanın normallaşdırılması prosesinə qoşulmağa hazırdır. Bu barədə "RİA Novosti" agentliyinə müsahibəsində Rusiyanın Venesueladakı səfiri Vladimir Zayemski söyləyib. Onun sözlərinə görə, Venesuelada daxili siyasi şəraitin normallaşmasının əsas şərti Qərbin ölkədəki proseslərə müdaxiləsinin qarşısının alınmasıdır. O, heç kimin Venesuelada daxili şəraiti pisləşdirərək rəngli inqilablar etmək haqqına sahib olmadığını bildirib. Qeyd edək ki, neft qiymətlərinin ucuzlaşması ən çox Venesuelaya təsir edib. Prezident Nikolas Maduronun mövqeyinin zəifləməsi ölkədə müxalifətin aktivləşməsinə şərait yaradıb. Rəsmi Karakas ölkədə yaranan vəziyyətdə məhz ABŞ-ı günahlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB