Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilin sonunadək daha bir görüş keçirə bilərlər. Bu barədə Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım məlumat verib. TASS informasiya agentliyinin yaydığı xəbərə görə, səfir iki ölkə liderlərinin ilin sonunda Sankt-Peterburqda görüşünün planlaşdırıldığını deyib. Kremlin mətbuat xidməti hələlik bu barədə məlumat verməyib. Bir qədər əvvəl RF Prezidentinin mətbuat katibi Dmitri Peskov liderlərin oktyabrın əvvəllərində Türkiyədə görüşünün ola biləcəyini bildirmişdi. Onun sözlərinə görə, Kremldə Rusiya Prezidentinin İstanbula səfərini istisna etmirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB