Sarkisyan yeni müdafiə naziri təyin edib

Sarkisyan yeni müdafiə naziri təyin edib

Ermənistan prezidenti Serj Sarkisyan Viqen Sarkisyanın müdafiə naziri təyin edilməsi barədə sərəncam imzalayıb. SİA "aysor.am"a istinadən xəbər verir ki, yeni müdafiə naziri bu vəzifədə Seyrah Ohanyanı əvəz edəcək. V.Sarkisyan daha əvvəl prezident aparatının rəhbəri olub.

Qeyd edək ki, V. Sarkisyan 1975-ci ildə anadan olub, İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə