23-cü mərtəbədən yerə düşdü və sağ qaldı

23-cü mərtəbədən yerə düşdü və sağ qaldı

Rusiyanın Novosibirsk şəhərində 23-cü mərtəbədən yerə düşən 16 yaşlı yeniyetmənin vəziyyəti yaxşılaşmağa doğru gedir. SİA-nın Rusiya mətbuatına istinadən məluamtına görə, adı açıqlanmayan yeniyetmə sevgilisi ilə bir mənzildə olarkən onu təəccübləndirmək üçün eyvanın kənarına gəlib və dəmir lövhələrdən tutaraq havada qalmağa çalışıb lakin müvazinətini itirərək 23-cü mərtəbədən yerə düşüb.

O, həyətdə dayanan Reanult Logan avtomobilinin üzərinə düşüb və zərbənin yumşalmasına görə hadisədən sağ qurtula bilib.

Hazırda onun müalicəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə