İŞİD Liviyada hollandiyalı jurnalisti öldürdü

İŞİD Liviyada hollandiyalı jurnalisti öldürdü

Liviyanın Sirt şəhərində hollandiyalı jurnalist öldürülüb. Bu barədə RİA Novosti agentliyi xəbər yayıb. Xəbərdə deyilir ki, Niderlanddan olan jurnalist şəhərdə baş verən döyüşləri işıqlandırdığı zaman həlak olub. "Bu gün bir hollandiyalı jurnalist İŞİD snayperinin gülləsinə tuş gəlib. O, sinəsinə aldığı güllə yarasından dünyasını dəyişib", deyə Misrata şəhər xəstəxanasının nümayəndəsi bildirib.Liviyanın Sirt şəhəri 2015-ci ildən İŞİD silahlılarının nəzarəti altındadır. May ayından şəhər uğrunda terrorçular və Liviya ordusu arasında şiddətli döyüşlər gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə