Suriyada zəlzələ təsiri yaradan bombalardan istifadə olunur

Suriyada zəlzələ təsiri yaradan bombalardan istifadə olunur

Suriya Mülki Müdafiə Nazirliyinin rəsmisi Babiris Meşal son günlər döyüş təyyarələri hücumunda Haydariyyedə 17, Hüllükdə 7 və Bustan Əl-Başada 6 vətəndaşın öldüyünü söyləyib: "Rusiya son zamanlar Hələbdə müxalifətin nəzarətində olan torpaqlara, insanların yaşayış yerlərinə zəlzələ təsirli bombalarla hücum edir ki, bunun da ən böyük faciəsini sadə vətəndaşlar yaşayır."

Atəşkəsin sona çatdığı 19 sentyabrdan bu günə qədər hava hücumlarında 500-ə yaxın adam həyatını itirib, 1600-dən çoxu isə yaralanıb.

Sərhədsiz Həkimlər Təşkilatı Suriya hökuməti və müttəfiqlərindən Hələbə qarşı bomba hücumlarının təcili dayandırmasını tələb edib.

Səhiyyə təşkilatlarından alınan məlumata görə, Hələbin şərqinə 21-26 sentyabrda atılan bombalar nəticəsində 221-i uşaq olmaqla 822 nəfər yaralı, 96 uşaq olmaqla isə 278 adam ölü olaraq xəstəxanalara gətirilib. Bu müddətdə iki xəstəxana da bombalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə