Venesuelada sərnişin avtobusu aşdı, azı 11 nəfər öldü

Venesuelada sərnişin avtobusu aşdı, azı 11 nəfər öldü

Venesuelanın Bolivar ştatında ağır yol qəzası baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin avtobusunun aşması nəticəsində azı 11 nəfər ölüb, 14-ü xəsarət alıb. Bolivar-Santa-Elena marşrutu üzrə hərəkət edən avtobus Braziliya sərhədi yaxınlığında qəzaya uğrayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə