Fransadan İŞİD hədəflərinə hücum

Fransadan İŞİD hədəflərinə hücum

Fransa İraqın Mosul şəhərindəki terror təşkilatı İŞİD hədəflərinə, Kıbrıs adası sahillərində yerləşən "Charles de Gaulle" təyyarə gəmisindən qalxan "Rafale" qırıcı təyyarələri ilə hücum təşkil edib.

SİA-nın xəbərinə görə, Fransa mətbuatında yer alan məlumatlarda hava hücumlarının səhər radələrində 8 Rafale təyyarəsi tərəfindən edildiyi bildirilib.

24 Rafale təyyarəsi daşıyan "Charles de Gaulle" ayın əvvəlində bölgəyə göndərilmişdi.

Fransa 2015-ci ilin yanvar ayında Parisdə 12 nəfərin həlak olduğu "Charlie Hebdo" terror aktından sonra İraq və Suriyadakı DAEŞ hədəflərinə istiqamətli koalisiya əməliyyatlarında iştirak etmişdi.

Koalisiya qüvvələrinin Mosuldan DAEŞ-i çıxarmaq məqsədi ilə yaxın günlərdə qurudan əməliyyat üçün hazırlıqlar gördüyü açıqlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə