Şırnak-Cizrə yolunda hərbi avtomobil hərəkətdə olan zaman terror təşkilatı PKK silahlıları tərəfindən yola yerləşdirilən bombanın partlaması nəticəsində bir kənd mühafizəçisi şəhid olub, 2 əsgər yaralanıb.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ordu vilayətində isə terror təşkilatı PKK-ya yönəldilmiş əməliyyatda 6 terrorçu zərərsizləşdirilib.
Vali İrfan Balkanlıoğlu bildirib ki, terrorçular təhlükəsizlik qüvvələrinin xəbərdarlıqlarına atəşlə cavab veriblər. Bunun nəticəsində yaranan atışmada 6 terrorçu zərərsizləşdirilib. Bunların 31 iyulda Məsudiyyə qəsəbəsində 3 əsgəri şəhid edən qrupa daxil olduqları güman edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB