Dünən axşam Türkiyə Milli Təhlükəsizlik Şurası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında iclas keçirib. Axar.az xəbər verir ki, mətbuata qapalı keçirilən iclas 6 saat davam edib. İclasda Daxili İşlər naziri Süleyman Soylu, həmçinin ordu generalı Yaşar Gülər (Jandarma Baş komandanı kimi) ilk dəfə iştirak edib. İclasdan sonra Türkiyə Milli Təhlükəsizlik Şurası (MTŞ) bəyanat yayıb. Bəyanatda Türkiyədə fövqəladə vəziyyət rejiminin uzadılması barədə qərar verildiyi bildirilib. 15 iyul gününün hər il "Demokratiya və Azadlıq Günü" elan edilməsi tövsiyə edilib. Toplantıda həmçinin FETÖ, PKK, İŞİD və "Fərat qalxanı"nın müzakirə edildiyi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB