Türkiyədə Fətullah Gülənlə bağlı olan şəxslərin həbs edilməsi istiqamətində proseslər davam etdirilir. Artıq dünəndən başlayaraq, Türkiyə Xarici İşlər Nazirliyinin 7 nəfər əməkdaşı FETÖ işi ilə əlaqədar həbs edilib. "Anadolu" agentliyinin yaydığı xəbərdə deyilir ki, onlar iyulun 15-də dövlət çevrilişinə cəhd göstərməkdə ittiham edilirlər. Agentliyin hüquq-mühafizə orqanlarındakı mənbəyinin xəbərində bildirilir ki, həbs edilənlər arasında nazirliyin keçmiş idarə rəisi Seyfullah Şahin və sabiq səfir Aydın Sefa Akay da var. Onların telefonlarında Fətullah Gülənin tərəfdarlarının istifadə etdiyi "Bylock" proqramı aşkarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB