ABŞ prezidenti Barak Obama İsrailin sabiq prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə gedəcək. Reuters agentliyinin verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bəyan edib. Onun sözlərinə görə, Obama ilə birgə İsrailə ABŞ-ın dövlət katibi Con Kerri də yollanacaq. Bundan əvvəl isə, ABŞ-ın keçmiş prezidenti Bill Klinton da Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün İsrailə gedəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB