Con Kerri Hələbdəki bombardmanlara görə Rusiyanı "topa tutdu"

Con Kerri Hələbdəki bombardmanlara görə Rusiyanı "topa tutdu"

ABŞ Dövlət katibi Con Kerri Hələb şəhərində baş verən bombardmanlara görə birbaşa Rusiyanın məsuliyyət daşıdığını bildirib. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi deyib. "Nazir Rusiyanın yaşayış sahələrini bombalamasını açıq şəkildə bildirdi. Mövcud duruma görə məhz Moskvanın məsuliyyət daşıdığını qeyd etdi. Kerri Rusiyanın Hələbdəki hücumları dayandırmadığı təqdirdə , Moskva-Vaşinqton arasında Suriya ilə bağlı imzalanan sazişləri ləğv etmək üçün hazırlıqlar aparılacağını həmkarı Sergey Lavrova çatdırdı", - Kirbi bildirib. Qeyd edək ki, Qurban bayramı ərəfəsində Suriyada 24 saatlıq atəşkəsin elan edilməsi ilə bağlı Rusiya-ABŞ arasında razılaşma imzalanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə