"Meqi" qasırğası yerli vaxtla saat 14:00-da Tayvanın şərq sahillərinə çatıb. Qasırğa nəticəsində bir nəfər həlak olub, 75 nəfər isə yaralanıb.
İnsanların əksəriyyəti təbii fəlakət səbəbindən baş verən yol nəqliyyat hadisələri və əşyaların aşması nəticəsində xəsarət alıb. Pintun bələdiyyəsində avtobusla toqquşan yük maşınının sürücüsü həyatını itirib.
İnsidentlərin əksəriyyəti adanın mərkəzi hissəsində qeydə alınıb. Trasların birində yaponiyalı turistləri daşıyan avtobusun aşması nəticəsində 8 nəfər yaralanıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
Hökumət fəlakət zonasından 8 mindən çox insanı təxliyə edib. Qasırğa 2,7 milyon evi elektriksiz, 45 minə yaxın evi isə susuz qoyub. Təbii fəlakət səbəbindən ümumilikdə 450 beynəlxalq və 270 daxili aviareys ləğv edilib.
Meteoroloqların məlumatına əsasən, qasırğa sentyabrın 28-də adanı tərk etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB