Rusiyada vertolyot qəzaya uğradı, 2 nəfər öldü

Rusiyada vertolyot qəzaya uğradı, 2 nəfər öldü

Rusiyada "Bell" markalı vertolyot qəzaya uğrayıb. APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün xilasetmə qrupu Krasnoyarsk diyarının Yartsevo qəsəbəsindən 20 km şimalda vertolyot parçaları və 2 cəsəd aşkarlayıb. Bu, pilota məxsus şəxsi vertolyot olub. Pilot və sərnişinin məqsədi dünən Krasnoyarskdan Yeniseyska rayonuna balıq tutmaq məqsədi ilə gəlmək olub.

Bütün xəbərlər Facebook səhifəmizdə