ABŞ-ın İllinoys universitetində silahlı insident: 9 nəfər yaralandı
ABŞ-ın İllinoys universitetinin yaxınlığında insident baş verib. Hadisə şahidləri naməlum şəxsin açdığı atəş nəticəsində 9 nəfərin xəsarət aldığını bildirirlər. Universitet administrasiyası tələbələrə təhlükə barədə xəbərdarlıq edib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, hadisə yerinə polis və təcili yardım avtomobilləri gəlib. Atəş açan şəxsin universitet kampusunu tərk etdiyi bildirilsə də, tələbələrə əraziyə yaxınlaşmamaq tövsiyə olunur. "Qrin-stritdən və ikinci küçədən uzaq durun", - deyə universitet saytında xəbərdarlıq edilir. Xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB