Əlcəzairdə iki qatar toqquşdu, azı 40 nəfər yaralandı

Əlcəzairdə iki qatar toqquşdu, azı 40 nəfər yaralandı

Əlcəzairin şimalında iki qatarın toqquşması nəticəsində azı 40 nəfər yaralanıb. APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, insident Bumerdes şəhərində baş verib. Məlumata görə, qatarlar eyni istiqamətdə hərəkət ediblər. Xəsarət alanların xilas edilməsi əməliyyatı davam etdirilir. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə