ABŞ-ın başçılıq koalisiya qüvvələri Suriyada müxalifəti və terrorçuları bir-birindən ayırmaq vəzifəsini yerinə yetirə bilmədi. Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT-nin sessiyasından sonra jurnalistlərə açıqlamasında deyib. XİN rəhbəri İŞİD və Nüsrə Cəbhəsinin məhv edilmədən Suriyada atəşkəsin təmin edilməsi və daxili sabitliyin bərpasının mümkün olmayacağını bildirib: "Suriya ilə bağlı B planımız yoxdur. Koalisiya qüvvələri müxalifləri və terrorçuları biri-birindən ayırmağı bacarmır. Belə olan təqdirdə atəşkəsin heç bir anlamı yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB