Rumıniyada 5,3 bal gücündə zəlzələ olub

Rumıniyada 5,3 bal gücündə zəlzələ olub

Ötən gecə yerli vaxtla saat 2:11-də Rumıniyada maqnitudası 5,3 bal olan güclü zəlzələ baş verib. Yeraltı təkanların episentri Vrança qəzasında yerin 88,4 kilometr dərinliyində yerləşib. Zəlzələ ölkənin bütün ərazisində, o cümlədən paytaxt Buxarestdə hiss olunub. Dağıntılar və tələfat barədə məlumat verilmir.

İlin əvvəlindən bəri Rumıniyada gücü 4 baldan yuxarı dörd zəlzələ qeydə alınıb. Onların hamısının episentri Vrança qəzasında yerləşib.

Zəlzələni Ukraynanın cənubunda - Odessada, İrpendə, Vinnitsada, Dneprdə, Mariupolda, hətta Kiyevdə də hiss ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə