ABŞ-ın dünyanın əksər qaynar nöqtələrində qarşıduran tərəflərdən ya biri, ya da dolayısı ilə bu savaşda iştirak edənlərdən birinin ilhamvericisi rolunda çıxış etməsi heç kimə sirr deyil. Amma "demokratiyanın beşiyi" bu dəfə Vaşinqtonun istəyindən kənar yırğalanmağa başlayıb. Bu yırğalanma deyəsən amerikalıları yatmağa qoymayacaq.
Amerika KİV-ləri xəbər verir ki, Nyu-Yorkda silahlı insident qeydə alınıb. Hadisə qaradərilərin yaşadığı Harlem rayonunda baş verib. Atışma nəticəsində 2 nəfər ağır yaralanıb. Onlar kritik vəziyyətdə xəstəxanaya aparılıblar. Polis hadisənin səbəblərini araşdırır.
Digər hadisə isə Ağ Evin "qulağının dibində" Berlinqton şəhərində silahlı insident baş verib. Naməlum şəxs "Cascade Mall" ticarət mərkəzinə girərək insanlara atəş açııb. Nəticəsində 3 qadın ölüb, iki nəfər ağır bədən xəsarətləri alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Polis hadisə yerindən qaçan silahlının saxlanlıması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. Artıq atəş açan şəxsin fotosu əldə edilib və polis əməkdaşlarına paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB