Pakistanın Müzəffərabad şəhəri yaxınlığındakı dağ yolunda mikroavtobus sürücünün idarəetməni itirməsi nəticəsində 100 metrlik yarğandan yuvarlanaraq çaya düşüb. Hadisə nəticəsində azı 23 nəfər həlak olub, yaralananlar var. Cəsədlərin əksəriyyətini çay aparıb. Xilasedicilər onların tapılması istiqamətində işi davam etdirirlər.
Hər ay Pakistan yollarında müxtəlif qəzalar nəticəsində onlarla insan həlak olur ki, bunun da səbəbi kimi yolların pis, maşınların həddindən artıq köhnə olması, sürücünün sürət həddini aşması göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB