İran gündəlik neft hasilatını hazırkı səviyyədə - 3,6 milyon barreldə "dondurmağa" razılıq verərsə, Səudiyyə Ərəbistanı da hasilatı azaltmağa razı olacaq. Bu təklif rəsmi Ər-Riyaddan gəlib. İran tərəfi isə hələlik bu təklifə cavab verməyib.
Xatırladaq ki, avqust ayında Səudiyyə Ərəbistanı ümumilikdə xam neft və neft məhsulları istehsalını gündəlik orta hesabla 12,6 milyon barrelə, ötən günlərdə İran isə neft ixracını sanksiyalardan əvvəlki dövrdəki səviyyəyə - gündəlik 2 milyon barrelə çatdırmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB