Xilasedicilər Moskvanın şərqində plastik məmulatlar anbarında baş verən yanğın zamanı itkin düşən 8 həmkarlarının cəsədini aşkarlayıb. Bir qədər əvvəl binanın damının dağılması nəticəsində FHN-in 8 əməkdaşının itkin düşdüyü bildirilirdi. Rusiya KİV-ləri xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qərargahı bu məlumatı təsdiqləyib.

Rusiyanın paytaxtının Qolyanovo rayonunda plastmas məmulatlar anbarında baş verən yanğın 4 min kvadratmetr ərazini əhatə edib. Yanğının söndürülməsinə 160 xilasedici və 46 ədəd texnika cəlb olunub.
Rusiya FHN-in məlumatına əsasən, operativ əməliyyat nəticəsində hadisə yerində yüzdən çox işçi xilas edilib.
Hazırda yanğın söndürülüb, xilasedicilər dağıntıları təmizləməyə davam edirlər.
Hadisə ilə bağlı yanğın təhlükəsizliyinin pozulması faktı üzrə cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB