Rus diplomat: NATO ilə barışmağa hazırıq

Rus diplomat: NATO ilə barışmağa hazırıq

Rusiya Baltik dənizində ABŞ və digər dövlətlərlə insidentlərin qarşısının alınması üçün müqavilə imzalamağa hazırdır. Axar.az xəbər verir ki, bunu Rusiya İctimai Palatasının iclasında çıxışı zamanı Xarici İşlər nazirinin müavini Sergey Ryabkov söyləyib. Onun sözlərinə görə, Rusiya ilk növbədə bu müqaviləni NATO ölkələri ilə imzalamaq istəyir. Qeyd edək ki, NATO-nun Baltikyanı ölkələrdə əlavə qoşun yerləşdirilməsindən sonra Rusiya ilə münasibətləri kəskinləşib. Moskva artıq Baltik dənizi və onun sahilindəki rayonlara öz qüvvələrini yeridib. NATO Rusiyanın belə hərbi aktivliyindən ehtiyat etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə