Bəşər Əsədin helikopterləri Hələbi bombaladı, 11 dinc sakin öldü

Bəşər Əsədin helikopterləri Hələbi bombaladı, 11 dinc sakin öldü

Suriyada daha bir faciə yaşanıb. Belə ki, Bəşər Əsəd rejiminə aid helikopterlərin Hələb şəhərinin Sukkeri və Ensari səmtlərini bombalaması nəticəsində 11 dinc sakin həlak olub. Bu barədə "Anadolu Agentliyi" məlumat yayıb. Hücumlar zamanı 30 nəfərin də yaralandığı bildirilib. Yaralıların xəstəxanalara çatdırıldığı vurğulanıb. Digər tərəfdən, Rusiya qırıcılarının şəhərin Bustan Kəsr məhəlləsinə 16 fosfor bombası atdığı da qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə