Misirdə mühacirləri daşıyan gəminin batmasına görə həbslər başlayıb
Misir Prokurorluğunun qərarı ilə qeyri-leqal miqrantlarla Aralıq dənizində batmış gəmi komandasının dörd üzvü saxlanılıb. Bu barədə "Əl-Youm 7" portalı xəbər verir. Bildirilir ki, kütləvi insan tələfatına səbəb olmuş hadisə ilə bağlı daha beş nəfərin axtarışı elan edilib.
Sahil Təhlükəsizlik Xidməti qəzaya uğramış gəmidəki miqrantların 160-nı xilas edə bilib. İlkin məlumatlara görə, təxminən 50 miqrant həlak olub, 150-dən çoxu isə itkin düşüb. İtkin düşənlərin axtarışı davam etdirilir. Xatırladaq ki, əsasən Misir və Sudan vətəndaşlarından ibarət qeyri-leqal miqrantları daşıyan gəmi sentyabrın 21-də Aralıq dənizində, Misirin Əl-Rəşid şəhəri yaxınlığında batıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB