Sergey Narişkin Rusiya Xarici Kəşfiyyat Xidmətinin sədri olacaq?

Sergey Narişkin Rusiya Xarici Kəşfiyyat Xidmətinin sədri olacaq?

Rusiya prezidenti Vadimir Putin Dövlət Dumasının keçmiş sədri Sergey Narişkinə Xarici Kəşfiyyat Xidmətinin sədri vəzifəsini təklif edib. Bu barədə TASS agentliyi məlumat yayıb. Agentliyin yaydığı xəbərdə deyilir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə yaxın vaxtlarda prezidentin müvafiq fərman imzalayacağını bildirib. Hazırda Xarici Kəşfiyyat Xidmətinin sədri olan Mixail Fradkovun isə "Rusiya Dəmir Yolları" direktorlar şurasının rəhbəri vəzifəsinə təyin olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə