Bəşər Əsəd Hələbə getməyə hazırlaşır

Bəşər Əsəd Hələbə getməyə hazırlaşır

Suriya prezidenti Bəşər Əsəd Hələbə getməyə hazırlaşır. SİA-nın məlumatına görə, bu barədə Əsəd Associated Press-ə müsahibəsində bildirib.

"Əlbəttə, mən Hələbə gedəcəm. Oranın dağılması ağrılıdır, lakin biz ölkəmizi bərpa edə bilərik",-deyə, Suriya prezidenti əlavə edib.

Xatırladaq ki, Hələb son vaxtlar hökumət qüvvələri ilə İŞİD terrorçuları arasında döyüş əməliyyalarının meydanına çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə