BMT Baş katibi Pan Gi Mun Suriyada vətəndaşlara və humanitar yardım işçilərinə qarşı edilən hücumların dərindən araşdırılması üçün formul axtardığını bəyan edib. Axar.az xəbər verir ki, Pan Gi Mun Suriyadakı uğursuzluğun və bu ölkədə baş verən faciənin bütün BMT üzvlərini narahat etməli olduğunu bildirib. BMT baş katibi Suriyada baş verən faciənin dərindən araşdırılması üçün bütün variantları gözdən keçirdiyini qeyd edib: "Suriyada baş verən faciə hamımızın utancıdır. Bölgədə uçuşların dayandırılması tələbini dəstəkləyirəm. Əgər Suriyada təyyarələrin uçuşları dayandırılarsa və İŞİD-ə qarşı birgə cəbhə yaradılarsa, siyasi danışıqlar üçün qapılar açılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB