Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Trend-in "TASS"-a istinadən verdiyi xəbərə görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zaman Ərdoğan rusiyalı həmkarını Dövlət Dumasına seçkilərin uğurla keçirilməsi münasibəti ilə təbrik edib.
Prezidentlər həmçinin Rusiya-Türkiyə əməkdaşlığının gələcək inkişafı və Suriya probleminin nizamlanması üzrə aktual məsələləri müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB