Suriya ordusu ölkədə atəşkəs rejiminin başa çatdığını bəyan edib. Hökumət qüvvələri atəşkəsin bitməsinə görə terrorçu qrupları ittiham edib.
Qeyd edək ki, Rusiya və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında əldə olunan razılaşmaya əsasən, Suriyada 7 günlük atəşkəs elan edilib. Sentyabrın 12-dən tətbiq edilən proses daha 48 saat uzadılmışdı. Ötən gün Hələbin yenidən bombalanmasından sonra müxalifət qruplarının lideri də atəşkəs rejiminin başa çatdığını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB