Şumaxer yeriyə bilmir

"Formula 1"-in məşhur pilotu Mixael Şumaxerin səhhətində irəliləyiş yoxdur. Bu barədə onun həkimi Feliks Dam açıqlama verib. O bildirib ki, əfsanəvi pilot həkimlərin səyinə baxmayaraq hələ də yeriyə bilmir.

Qeyd edək ki, 2013-cü ildə Şumaxer Alp dağlarında xizək sürərkən qəzaya uğrayıb. Hadisə zamanı başı qayaya çırpılan Şumaxer komaya düşmüşdü. 2014-cü ildə komadan çıxan əfsanəvi pilot evə buraxılıb. Hazırda həkimlər onun müalicəsini İsveçrədəki evində davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə