İraq paytaxtı yenə al qana boyanıb. Belə ki, Bağdadın bir neçə rayonunda törədilmiş silsilə partlayışlar nəticəsində 10 nəfər ölüb, 27 nəfər yaralanıb. "Anadolu" agentliyinin Bağdaddan verdiyi xəbərə görə, Əl-Mədayin rayonunda baş verən partlayışda 5 nəfər ölüb, 20 nəfər yaralanıb, Əl-Yusufiyyə bölgəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb. Daha iki nəfər Bağdadın digər ərazilərində baş verən terror aktlarının qurbanı olub. Partlayışlara görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB