ŞOK: Amerika "səhvən" 858 miqranta vətəndaşlıq verib

ŞOK: Amerika "səhvən" 858 miqranta vətəndaşlıq verib

ABŞ hökuməti səhvən ölkənin milli təhlükəsizliyinə təhdid doğuran 858 miqranta vətəndaşlıq verib. Maraqlıdır ki, bu haqda məlumatı CNN yayıb. Verilən məlumata görə, sözügedən şəxslər ABŞ ərazisində qayda pozuntularına görə deportasiya olunmalı miqrantlardır. Departamentin müfəttişi bildirib ki, miqrantlar ABŞ vətəndaşlığı almaq üçün saxta adlar və doğum tarixlərindən istifadə edib. Sənədlərin saxta olduğunu müəyyən etmək mümkün olmadığından departament sözügedən şəxslərə vətəndaşlıq verib. Daha sonra isə Departamentin böyük bir səhvə yol verdiyi ortaya çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə