İŞİD-in əlaqələndiricisi tutuldu

İŞİD-in əlaqələndiricisi tutuldu

Türkiyə polisinin İŞİD terror təşkilatına qarşı xüsusi əməliyyatı zamanı 24 terrorçu, həmçinin terror aktlarının əlaqələndiricisi olan Əli Əl-Aqqal tutulub. "Haber 7" qəzetinin verdiyi məlumata görə, saxlanılıan terrorçular əlaqələndiricidən terror aktları törətmək üçün partlayıcı qurğular almalı idilər.

Bundan əvvəl İŞİD-in Türkiyə Silahlı Qüvvələrinin Suriyada "Fərat qalxanı" əməliyyatı ilə əlaqədar olaraq iri terror aktları hazırlaması barədə məlumat yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə