Səudiyyə Ərəbistanında iki polis əməkdaşı öldürüldü

Səudiyyə Ərəbistanında iki polis əməkdaşı öldürüldü

Ötən gün axşam saatlarında Səudiyyə Ərəbistanının Dammam şəhərində naməlum şəxslər polis patrulunu atəşə tutublar. "RİA Novosti"nin verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı DİN-nin məlumatına əsasən, insident nəticəsində iki polis əməkdaşı ölüb. Məlumata görə, hadisə ilə bağlı araşdırmalara başlanılıb. Cinayət yerli hakimiyyət tərəfindən terror aktı adlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə