Davudoğlu:Yürütdüyümüz siyasət gözardı edilə bilməz

Davudoğlu:Yürütdüyümüz siyasət gözardı edilə bilməz

Suriya ilə bağlı siyasətimizi tənqid edənlər oldu. Lakin Türkiyənin bu istiqamətdə yürütdüyü siyasətin insani tərəfləri gözardı edilə bilməz. Axar.az xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Artvində çıxışı zamanı deyib. "Suriya xalqı əvvəlcə rejimə, sonra isə İŞİD və PYD kimi terror qruplarına qarşı şərəflə mübarizə apardı. Türkiyə olaraq hər zaman bu mübarizəyə dəstək verdik. Yürütdüyümüz siyasət gözardı edilə bilməz. Millət olaraq dastan yazdıq. Cerablusda apardığımız əməliyyatlar suriyalı qardaşlarımızın haqlı mübarizəsini göstərdi", - Davudoğlu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə