Avropa xalqlarının iqtisadi və sosial gələcəyi ilə bərabər, sərhəd təhlükəsizliyindən ötrü çox narahatam. Axar.az xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Donald Tusk Bratislava zirvəsindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, Avropa istənilən mövzuda mükəmməl deyil: "Etmək istədiklərimizi ən yüksək səviyyədə reallaşdırmağa, insanların narahatlıqlarına cavab tapmağa çalışırıq. Qəbul edilən yol xəritəsi problemlərin həllinə yardımçı ola bilər. Miqrant axını insanlarda ciddi narahatlıq yaradır. Onlar bizdən sərhədlərin təhlükəsizliyini tələb edir. Bu səbəbdən əsla nəzarətsiz miqrant istəmirik".
Bolqarıstanın Türkiyə ilə sərhədi lazımi şəkildə qoruduğunu deyən Tusk bütün üzv ölkələrin rəsmi Sofiyaya maddi dəstək verəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB