İŞİD-in “naziri” məhv edilib

İŞİD-in “naziri” məhv edilib

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriya ərazisinə endirdiyi hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən biri, "Vail həkim" kimi tanınan Vail Adil Həsən Salman əl-Fəyyad zərərsizləşdirilib. SİA-nın məlumatına görə, bu barədə Reuters agentliyi yazıb.

"İŞİD-in "informasiya naziri" hesab edilən Salman əl-Fəyyad Rakka şəhəri yaxınlığında məhv edilib", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, "Vail həkim" İŞİD-in təbliğatı ilə məşğul olurdu və terror qruplaşmasının Məşvərət Şurasının üzvü idi.

Bütün xəbərlər Facebook səhifəmizdə